İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
I Divizionun X turunun “Kəpəz-2” – “Zaqatala” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” komandası 80 manat cərimə olunur (maddə 39)
I Divizionun X turunun “Kəpəz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun nümayəndəsi oyundan əvvəl iclasda iştirak etmədiyi üçün “Zaqatala” klubu 80 manat cərimə olunur (maddə 62.1)
I Divizionun X turunun “Qəbələ-2” – “Mingəçevir” oyununda diktor əvəzetmələri elan etmədiyi üçün “Qəbələ-2” komandası 40 manat cərimə olunur ( maddə 88.)
I Divizionun X turunun “Qəbələ-2” – “Mingəçevir” oyununda oyunun protokolunda nömrə səhvinə yol verildiyinə görə “Mingəçevir” klubuna xəbərdarlıq olunur ( maddə 11)
I Divizionun X turunun “Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 160 manat cərimə olunur (maddə 59.4.)
I Divizionun X turunun “Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur (maddə 39)
|