09.06.2023
   |    aze    |    rus    |    eng    
Slide 1

Transfer pəncərələrinin vaxtı müəyyənləşdi

Slide 1

Peşəkar Futbol Liqasının məlumatı

Slide 1

Finalın VAR hakimləri mükafatlandırılıb

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Finalda iki yubiley

Slide 1

Kubokda üç bombardir

Slide 1

Mövsümün rekordu

   Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb      2022-10-07

Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov və Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev imzalayıblar.

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. Bildirilib ki, Azərbaycanın ilk təbii mineral süfrə suyu olan badamlı ilk dəfə 1947-ci ildə istehsala başlayıb. Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən ilk təbii mineral süfrə suyudur.

Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artıb. Bu suyun şöhrəti Sovet İttifaqı miqyasında sürətlə yayılıb. Artıq 1970-1980-ci illərdə “Badamlı” zavodunda istehsal olunan məhsulun 90%-i xarici ölkələrə ixrac edilib. 2020-ci ildə Badamlı bulağının mənbəyində ən müasir avadanlıqlarla təchiz olunmuş yeni badamlı zavodu istifadəyə verilib. Avropadan gətirilən ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada bütün növ suların keyfiyyətinə nəzarət edilir. İstehsal prosesinin bütün mərhələlərində ən son texnologiyalardan istifadə edir.

Ardınca rəsmilər müqavilə ilə bağlı fikirlərini bölüşüblər. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev “bildiyiniz kimi, cari mövsüm bu, PFL-in 3-cü sponsorluq müqaviləsidir. Sirr deyil ki, istənilən sahədə uğurlu olmaq üçün maliyyənin olması önəmlidir. Bu müqavilələr PFL-in büdcəsinin optimallaşdırılması baxımından vacibdir. Uğurlu olmaq üçün ikinci məsələ büdcənin düzgün idarə olunmasıdır və bunu maksimum yerinə yetirməyə çalışacağıq. “Badamlı” yerli brenddir, süfrələrimizin bəzəyidir. Biz də öz növbəmizdə çalışmalıyıq ki, yerli brendimiz olan "Badamlı" təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda da tanınsın, sevilsin. “Badamlı”nın idmanın, futbolun yanında olması, dəstək verməsi sevindirici haldır və əməkdaşlığımız bizim üçün çox önəmlidir. Sponsorların çox olması düşünürəm ki, futbola azarkeş marağını da artıracaq. Arzu edirəm ki, bu anlaşma hər ikimiz üçün və bütövlükdə Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun” – deyərək məmnunluğunu ifadə edib.

Artıq idman sahəsində əməkdaşlıq təcrübəsinə malik “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov da yeni əməkdaşlığı yüksək dəyərləndirib: “Biz də öz növbəmizdə bir sponsor yox, tərəfdaş kimi, “Badamlı” olaraq idmana, xüsusən də indi futbolun inkişafına diqqət ayırırıq. Bundan əvvəl bizim idmanın digər sahələrində - boks, basketbolda əməkdaşlıqlarımız olub. Ümid edirəm hamımız üçün xeyirli olar. Bu əməkdaşlığın başlanması "Badamlı"nın 75 illik yubileyinə  təsadüf edir. O gün olsun ki, PFL də 75, 100 yaşını qeyd eləsin. Hər kəsə uğurlar arzu edirəm və bir daha təbrik edirəm”.

Ardından tərəflər bir illik müqaviləyə imza ataraq bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

   Turnir cədvəli
1 Qarabağ 36 90
2 Sabah 36 81
3 Neftçi 36 68
4 Qəbələ 36 50
5 Zirə 36 50
6 Turan Tovuz 36 39
7 Sumqayıt 36 31
8 Kəpəz 36 31
9 Səbail 36 29
10 Şamaxı 36 25
Ətraflı
1 Araz Naxçıvan 28 69
2 Neftçi-2 28 59
3 Turan Tovuz-2 28 48
4 Səbail-2 28 44
5 Qəbələ-2 28 44
6 Zaqatala 28 44
7 Kəpəz-2 28 43
8 MOİK 28 43
9 Qaradağ Lökbatan 28 41
10 Şamaxı-2 28 37
11 Qarabağ-2 28 31
12 Zirə-2 28 28
13 Sumqayıt-2 28 22
14 Mingəçevir 28 20
15 İmişli 28 20
Ətraflı
Xəbər arxivi
« İyun 2023 »
1 2 3 4 5 6 7
293031 01 02 03 04
05 06 07 0809 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 300102
03040506070809
Press reliz
07.10.2022
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
30.09.2022
“Buta Global Enerji-Tekstil” şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
17.08.2022
I Divizion, 2022/2023-cü illər mövsümünün təqvimi
10.08.2022
“Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalanıb
25.07.2022
Azərbaycan Premyer Liqası, 2022/2023-cü illər mövsümünün təqvimi
30.08.2021
Azərbaycan Premyer Liqası, 2021/22-ci illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Şamaxı
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman info@pfl.az vasitəsilə əlaqə saxlayın
Lider Advertising