İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
I Divizionun V turunun “Qəbələ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının nümayəndəsi oyunöncəsi iclasa 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunur (maddə 62.1);
Polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunur (maddə 62.2);
V turun “Neftçi-2” – “Zaqatala” oyununda top daşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur (maddə 64.2);
V turun “MOİK” – “Kəpəz” oyununda “MOİK” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Kəpəz” klubunun futbolçusu Mahir Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4);
V turun “Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
Oyunda top və xərək daşıyan şəxslər komandaların soyunub-geyinmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunur (maddə 60);
Hakimlər otağında 3 məşqçinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağının təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur (maddə 62.3).
|