“Səbail” Premyer Liqada 100-cü ev qolunu buraxıb. Bu, “Qəbələ” ilə qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının VIII turunun görüşünün son dəqiqəsində “100”ə çatan paytaxt klubunu Ülvi İsgəndərov məyus edib. O, meydan sahiblərinin qapısından 100-cü topu keçirib. “Səbail” evdəki 71-ci qarşılaşmada buna üzülüb. Bakılılar ölkə çempionatları tarixində 100 və daha çox qol buraxan 20-ci komanda olub. Qeyd edək ki, “Səbail” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.
|