19.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Turan Tovuz" 1-4 "Sumqayıt" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Sumqayıt" canlı yayım

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Misli Premyer Liqası: XXXI turun təyinatları

Slide 1

"Difai Ağsu" 2-2 "İmişli" - Videoicmal

Slide 1

"Dinamo" 0-4 "Qusar - Videoicmal

Slide 1

"Karvan" 0-1 "Qaradağ Lökbatan" - Videoicmal

   "Buta Global Enerji-Tekstil" şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb – Fotolar      2022-09-30

Peşəkar Futbol Liqası və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni "Buta Global Enerji-Tekstil" şirkətinin prezidenti Mesut Demirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. 

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qatılıb. Bildirilib ki, "Buta Global Enerji-Tekstil" şirkəti 22 ildir ki, fəaliyyət göstərir. Bakıda tekstil və telekommunikasiya sahəsində ən etibarlı şirkətlərdən biri kimi tanınıb. Təməli İstanbulda qoyulan şirkət hal-hazırda həm də İtaliyanın telekommunikasiya sahəsində nəhənglərindən olan “Prismian” şirkətinin Azərbaycan təmsilçisidir.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı çıxışında bu anlaşmanın qardaş ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib: “Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbrsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.

Mərasimdə çıxış edən Mesut Demirtaş "Buta Global Enerji-Tekstil" şirkətinin hər zaman Azərbaycanın biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib: “Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz  üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib. 

Ardından tərəflər arasında müqavilənin imzalanmasına start verilib. Sonda Mesut Demirtaş və Elxan Səmədov bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Sumqayıt 31 47
3 Neftçi 30 47
4 Zirə 30 46
5 Sabah 30 43
6 Turan Tovuz 31 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 1819 20 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: