29.05.2023
   |    aze    |    rus    |    eng    
Slide 1

2022/2023 mövsümünün çempionu – “Qarabağ” – Fotolar

Slide 1

“Sabah” tarixinin ilk medallarına qovuşdu

Slide 1

Bürünc medallar “Neftçi”nindir

Slide 1

Şeydayev bombardir oldu, “Qarabağ” “Neftçi”yə çatdı

Slide 1

“Qarabağ” 3-1 “Turan Tovuz” – Videoicmal

Slide 1

“Turan Tovuz-2”yə bürünc medallar təqdim edilib

Slide 1

"Neftçi" 1-0 "Sabah" - Videoicmal

   “Buta Global Enerji-Tekstil” şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb      2022-09-30

Peşəkar Futbol Liqası və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni "Buta Global Enerji-Tekstil" şirkətinin prezidenti Mesut Demirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. 

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qatılıb. Bildirilib ki, "Buta Global Enerji-Tekstil" şirkəti 22 ildir ki, fəaliyyət göstərir. Bakıda tekstil və telekommunikasiya sahəsində ən etibarlı şirkətlərdən biri kimi tanınıb. Təməli İstanbulda qoyulan şirkət hal-hazırda həm də İtaliyanın telekommunikasiya sahəsində nəhənglərindən olan “Prismian” şirkətinin Azərbaycan təmsilçisidir.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı çıxışında bu anlaşmanın qardaş ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib: “Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbirsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.

Mərasimdə çıxış edən Mesut Demirtaş "Buta Global Enerji-Tekstil" şirkətinin hər zaman Azərbaycan biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib: “Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz  üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib. 

   Turnir cədvəli
1 Qarabağ 36 90
2 Sabah 36 81
3 Neftçi 36 68
4 Qəbələ 36 50
5 Zirə 36 50
6 Turan Tovuz 36 39
7 Sumqayıt 36 31
8 Kəpəz 36 31
9 Səbail 36 29
10 Şamaxı 36 25
Ətraflı
1 Araz Naxçıvan 28 69
2 Neftçi-2 28 59
3 Turan Tovuz-2 28 48
4 Səbail-2 28 44
5 Qəbələ-2 28 44
6 Zaqatala 28 44
7 Kəpəz-2 28 43
8 MOİK 28 43
9 Qaradağ Lökbatan 28 41
10 Şamaxı-2 28 37
11 Qarabağ-2 28 31
12 Zirə-2 28 28
13 Sumqayıt-2 28 22
14 Mingəçevir 28 20
15 İmişli 28 20
Ətraflı
Xəbər arxivi
« May 2023 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
07.10.2022
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
30.09.2022
“Buta Global Enerji-Tekstil” şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
17.08.2022
I Divizion, 2022/2023-cü illər mövsümünün təqvimi
10.08.2022
“Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalanıb
25.07.2022
Azərbaycan Premyer Liqası, 2022/2023-cü illər mövsümünün təqvimi
30.08.2021
Azərbaycan Premyer Liqası, 2021/22-ci illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Şamaxı
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman info@pfl.az vasitəsilə əlaqə saxlayın
Lider Advertising