İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının VII turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
VII turun “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun azarkeşləri 83-cü dəqiqədə baş hakimi təhqir etdiyinə görə “Qəbələ” klubu 4000 manat cərimə olunur (maddə 41.7);
“Qəbələ” klubunun futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
VII turun “Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunur (maddə 60);
VII turun “Kəpəz” – “Şamaxı” oyununun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri hakimi təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.7);
2-ci hissədə “Şamaxı” komandası meydançaya 3 dəqiqə gec daxil olduğu üçün klub 800 manat cərimə olunur (maddə 84);
“Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
“Şamaxı” klubunun futbolçusu Rauf Hüseynli oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.2).
|