 “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib. 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib. O, “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub. Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb. Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.
|