 “Zirə” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib. Klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib. Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
4 sentyabr (bazar) “Zirə” – “Qəbələ” “Dalğa Arena”, 20:30
|