Misli Premyer Liqasında VII turun oyun cədvəli məlum oldu. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
16 sentyabr (cümə) “Səbail” – “Neftçi” “ASCO Arena”, 20:30 “Sabah” – “Turan Tovuz” “Bank Respublika Arena”, 18:00
17 sentyabr (şənbə)
“Qəbələ” – “Sumqayıt” Qəbələ şəhər stadionu, 19:00
18 sentyabr (bazar) “Kəpəz” – “Şamaxı” Qəbələ şəhər stadionu, 18:00
“Zirə” – “Qarabağ” Zirə İdman Kompleksinin stadionu, 20:30
Qeyd: “Bakcell Arena”nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” klubunun müraciəti, “Səbail” komandasının razılığı ilə I dövrənin VII turunun oyunu “Səbail” – “Neftçi”, II dövrənin XV turunun oyunun “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
|