 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının II turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
II turun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
II turun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
“Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
III turun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.
III turun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).
I Divizionun I turunun “Turan Tovuz-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” klubunun nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
I turunun MOİK – “Zaqatala” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
Oyunda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4).
I turunun “Mingəçevir” – “Neftçi-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
I turunun “Qəbələ-2” – “İmişli” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2).
“İmişli” klubunun nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
“İmişli” klubu stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
I turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).
Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4).
“Səbail-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
|