İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının I turunun “Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 51.1);
“Zirə” klubunun futbolçusu Dmitrios Çantakias rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
I turun “Qarabağ” – “Səbail” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
I turun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun futbolçusu Piruzi Marakvelidze ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).
|