Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”un (Macarıstan) qonağı olan “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Vadji İbrahimanın dubl etdiyi görüşdə digər qolumuzun müəllifi Abdullah Zubir olub. İki oyunun nəticəsinə görə 4:2 qalib gələn Ağdam klubu Çempionlar Liqasının pley off mərhələsinə yüksəlib. Qeyd edək ki, bu mərhələdə rəqibimiz Çexiyanın “Viktoriya Plzen” komandası olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.