“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb. Bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib. Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib. Qeyd edək ki, “Qarabağ” kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.
|