İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Azərbaycan I
divizionunun XVIII turunun “Bakılı” – “Qaradağ Lökbatan” matçında “Qaradağ
Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat
cərimə olunur (maddə 40). Oyunun 87-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li
futbolçusu Asif Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Azərbaycan I
divizionunun XVIII turunun “Karvan” – “Göyəzən” matçının 70-ci dəqiqəsində “Göyəzən”
klubunun 3 №-li futbolçusu Qoşqar Sarıyev hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I
divizionunun XVIII turunun “MKT Araz” – MOİK matçında “MKT Araz” klubunun
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40). Oyunun 59-cu dəqiqəsində “MKT Araz” klubunun 8 №-li
futbolçusu Söhrab Məmmədzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 37.1).
Azərbaycan I
divizionunun XVIII turunun “Şuşa” – “Muğan” matçında “Şuşa” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40). Oyunun 49-cu dəqiqəsində “Muğan” klubunun 14 №-li futbolçusu
Nicat Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
|