02 iyul 2008-ci il tarixdə yaradılmış Peşəkar Futbol Liqası (PFL) hazırda Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, I Divizion yarışlarının keçirilməsinə cavabdehdir.
Azərbaycan Premyer Liqası
Premyer Liqa 8 komandanın iştirakı ilə 4 dövrəli sistem üzrə keçirilir. Yarışlarda 1-ci pilləni tutan komanda Çempionlar Liqasının, 2-ci və 3-cü yerin sahibi Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Avropa yarışlarına bir vəsiqə isə ölkə kubokuna əsasən verilir. Əgər 1, 2 və 3-cü yerin sahiblərindən biri eyni zamanda, Azərbaycan Kubokunu qazanarsa, o zaman Premyer Liqada 4-cü yeri tutmuş komanda avrokuboklara yollanır. Turnir cədvəlində sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk edir. Premyer Liqada oyun zamanı limit aşağıdakı kimidir: 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1998-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 2000-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. Azərbaycan Kuboku
Azərbaycan Kuboku uğrunda yarışlarda Premyer Liqa ilə yanaşı, I Divizion təmsilçiləri də mübarizə aparır. Bu siyahıya Premyer Liqa klublarının ikinci komandaları daxil deyil. ¼ final mərhələsinə qədər qalib bir oyunda müəyyənləşir. ¼ final mərhələsindən etibarən isə ev-səfər qarşılaşmaları keçirilir. Yarışlarda limit aşağıdakı kimdir: 6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 1998-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 2000-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir. I Divizion I Divizion xx komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda paytaxtı və bölgələrimizi təmsil edən klublar 2 dövrəlik sistemlə mübarizə aparırlar. Yarışlar zamanı 4+6+1 (4 nəfər yaş limiti olmadan, onlardan ikisi legioner futbolçu da ola bilər, 6 nəfər 2000-ci il və ya daha gənc təvəllüdlü yerli futbolçu və 1 nəfər 2002-ci il və ya daha gənc yerli futbolçu) limiti tətbiq olunur.
Qaliblərin müəyyən olunması Premyer Liqa və I Divizion yarışında komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir. Qələbəyə görə 3, heç-heçəyə 1 xal verilir, məğlubiyyətə görə xal verilmir. Premyer Liqada iki və daha artıq komandanın topladığı xalların sayı bərabər olarsa, qalib aşağıdakı göstəricilərə müvafiq olaraq müəyyən edilir:
komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə;
komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
mövsüm ərzində ən çox qələbə qazanmış komanda;
bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
bütün görüşlərdə vurulmuş topların sayına görə;
ən az qayda pozuntularına görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal).
püşkün nəticəsinə görə.
|