Futbol üzrə Azərbaycan I Divizionda V turun oyun cədvəli məlum oldu. Turun “Zirə-2” – “Sabah-2” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.
19 oktyabr (çərşənbə axşamı) “Neftçi-2” – “Sumqayıt-2” Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00 “Keşlə-2” – “Qarabağ-2” “ASK Arena”, 15:00 20 oktyabr (çərşənbə) “Zirə-2” – “Sabah-2” “ASK Arena”, 14:00 MOİK – “Zaqatala” Binə qəsəbə stadionu, 14:00 “Turan Tovuz” - “Qaradağ Lökbatan” Tovuz şəhər stadionu, 14:30 Qeyd: Ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ” U-19 komandası “Qəbələ-2”dən futbolçular dəvət etdiyinə görə, adıçəkilən komandanın müraciəti, “Səbail-2” komandasının razılığı ilə V turun “Səbail-2” – “Qəbələ-2” oyunu 19.10.2021-ci il tarixdən 11.11.2021 tarixə təxirə salınıb.
|