Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşdi. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. Azərbaycan Kubokunun püşkatma mərasimi 10 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
|