“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub. O, VI turun “Qəbələ” ilə görüşündə (2:0) fərqlənib. 30 yaşlı fransalı yarımmüdafiəçinin yubiley qolu 73-cü matçına təsadüf edib. Onun orta məhsuldarlığı 0,27-yə bərabərdir. Zubir 2018/19 mövsümündə 6, 2019/20 mövsümündə 5, 2020/21 mövsümündə 7, cari çempionatda isə 2 dəfə qol sevinci yaşayıb. Qeyd edək ki, Zubir ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-dəki ev oyununda (4:1) dubla imza atıb.
|