“Səbail” Premyer Liqada özünün 25-ci ev məğlubiyyətini alıb. Paytaxt klubu bu uğursuzluqla V turda üzləşib. Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzub. “Səbail” Premyer Liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib. Klubun ilk ev yenilgisi 2017-ci il sentyabrın 17-nə təsadüf edib. Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.