İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
“Səbail” klubunun 77 nömrəli futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
I Divizionun II turunun MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);
MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
II turun “Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 69.5);
II turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Qaradağ Lökbatan” – “Kəpəz” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);
II turun “Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
|