İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XXVI turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XXVII turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XXV turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XXV turun MOİK – “Sumqayıt-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;
XXV turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
I Divizionun XXVI turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XXVI turun “Turan Tovuz” – “Zaqatala” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XXVI turun “Turan Tovuz” – “Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
XXVI turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
XXVI turun “Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun 45 nömrəli futbolçusu Hüseyn Hüseynli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimələnir;
27.04.2021-ci ildə Samir Abasovla bağlı qəbul edilən qərara 17.05.2021-ci ildə yenidən baxılıb, qərar öz qüvvəsində qalıb.
|