Unibank Premyer
Liqasının XXI turundan sonra Azərbaycan milli komandasının təlim-məşq toplanışı
ilə bağlı yaranmış fasiləni nəzərə alan “Simurq”un məşqçilər korpusu
futbolçuları istirahətə buraxıb. Komanda fevralın 25-də Zaqatalada bir araya
gələrək hazırlıqları davam etdirəcək.
Qeyd edək ki,
Andreys Rubins Latviya yığmasına çağrıldığına görə martın 1-də Zaqatala gələcək.
33 yaşlı futbolçudan başqa İlkin Qırtımov və Rüstəm Abbasov da U-21 Azərbaycan
milli komandasına dəvət olunduqlarına görə məşqlərə gec qatılacaqlar.
|