Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub. Aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub. “Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edir: XV turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun. I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.
|