İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 8 nömrəli futbolçusu Uroş Matiç-in futbol formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunur;
XVI turun “Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;
XVI turun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir;
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XIV turunun MOİK – “Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
MOİK – “Zaqatala” oyununda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
“Zaqatala” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur;
XIV turun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Keşlə-2” klubunun 14 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
“Keşlə-2” klubunun 90 nömrəli futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
“Keşlə-2” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur;
“Neftçi-2” klubunun 75 nömrəli futbolçusu Nihad Qurbanlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.
|