İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XIV turunun “Zirə” – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur; “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; XIV turun “Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; XIV turun “Keşlə” – “Sumqayıt” oyununun 38-ci dəqiqəsində “Keşlə” klubunun 22 nömrəli futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
|