Unibank Premyer Liqasının XXI
turunda doğma meydanda “Turan”la qarşılaşan AZAL rəqibini 3:2 hesabı ilə məğlub
etdi.
Əsgər Abdullayev,
“Turan” klubunun baş məşqçisi: “10 günün komandasıdır, heyətimizdə
zədəli futbolçular var. Bu müddət ərzində nə futbolçu seçiminə, nə də hazırlığa
lazımınca vaxt ayıra bilmədik. 70 dəqiqə oynadıqdan sonra komandanın bütün
çatışmamazlıqları üzə çıxır. Komanda tam hazır deyil. Qarşıdakı oyunlara daha
yaxşı çıxış edəcəyimizə və Premyer Liqadakı yerimizi qoruyacağımıza
inanıram”.
Rafiq Mirzəyev, AZAL
klubunun baş məşqçisi: “Erkən qol vurduqdan sonra futbolçularımız
arxayınlaşdı, ikinci hissədə həmin oyunu göstərə bilmədik. Futbolçulara tempi
artırmağı tapşırdım. Futbolçular heç vaxt arxayınlaşmamalıdırlar, ikinci
hissənin sonunda qapımızda qol gördük. Qələbə qazansaq da, komandamın oyunundan
narazı qaldım”.
|