26.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

“Mingəçevir” – “İrəvan” canlı yayım

Slide 1

“Şamaxı” – “Difai Ağsu” canlı yayım

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

"Araz Saatlı" 2-4 "Karvan" - Videoicmal

Slide 1

"İmişli" 2-1 "Zaqatala" - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" 1-1 MOİK - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" - MOİK canlı yayım

   İntizam Komitəsinin iclası keçirilmişdir      2012-10-02

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının VII turunun “Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 23-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 №-li futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilmiş və epizod təhlükəli oyun kimi qeydə alınmışdır. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilir və epizod sarı vərəqə ilə qiymətləndirilir (maddə 19).      

Oyunun fasiləsində “Xəzər Lənkəran” klubunun məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Matçın 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 38.4).

Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyevin hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “İnter” – “Neftçi” matçının 49-cu dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Xanlar Zamanov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 76-cı dəqiqəsində “İnter” klubunun 31 №-li futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – AZAL matçının 87-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Abbas Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Rəvan” – “Kəpəz” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” – “Neftçi” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Fariz Ramazanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun IV turunun “Şahdağ” – “Energetik” matçının 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu Teymur Vəlixanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun IV turunun “Şəmkir” – “Şuşa” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun fasiləsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).


   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 22 42
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 2526 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: