Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.