Unibank Premyer Liqasının XXI turunda
“Rəvan”la qarşılaşan “Neftçi” rəqibini 1:0 hesabı ilə məğlub edərək turnir
cədvəlində yenidən liderliyə yüksəldi.
Bəhmən Həsənov, “Rəvan”
klubunun baş məşqçisi: “”Neftçi” ilə oyunun çətin olacağını bilirdik.
Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Təəssüf ki, ələ düşən
fürsətləri dəyərləndirə bilmədik. Rəqibimiz hücum futbolu oynayırdı. Hər komanda
“Neftçi”nin oyunboyu güclü təzyiqinə tab gətirə bilmir. Bu nəticədən sonra ilk
“altılığ”a düşmək şanslarımız bitdi”.
Böyükağa Hacıyev, “Neftçi”
klubunun baş məşqçisi: “”Rəvan”la matçın çətin keçəcəyini bilirdim.
Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən
yararlandıq. “Rəvan” yaxşı müdafiə olundu. Əsasən də qapıçıları inamlı təsir
bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı.
Əgər Denis Silva oynamaq istəmirsə, o zaman gəlib ehtiyat oyunçular skamyasında
otursun. Ona görə də, Denis Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi
buraxdım. “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur”.
|