“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb. Yubiley IX turun “Sumqayıt”la matçına təsadüf edib. 2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda “25”ə çatıb. Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib. Qeyd edək ki, paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.
|