“Xəzər Lənkəran” klubunun ofisində klub rəhbərliyinin iclası
keçirilib. Bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin
2012/2013-cü il mövsümündə çıxışları müzakirə olunub. İclasın yekunlarına əsasən
“Xəzər Lənkəran”ın əsas komandasında baş məşqçinin köməkçiləri Zaur Ramazanov,
Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olunublar. Bundan əlavə
“Xəzər Lənkəran”ın əvəzedici heyətinin baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq
və şiddətli töhmət edilib.
|