İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın VI turunun “Səbail” – “Keşlə” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur; “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 36 nömrəli futbolçusu Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur; “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; “Zirə” klubunun 5 nömrəli futbolçusu Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır; klub 200 manat cərimə olunur;
I Divizionun II turunun MOİK – “Turan Tovuz” oyununda MOİK klubunun baş məşqçisi Ramil Əliyev görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur. “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; “Sabah-2” – “Kəpəz” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; “Kəpəz” klubunun 21 nömrəli futbolçusu Novruz Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; “Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; “Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; “Keşlə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
|