AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq
Ə M R E D İ R Ə M:
Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınsın. Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat verilsin.
PFL – in prezidenti Ramin Musayev
|