Topaz Premyer Liqasının VII turunun oyunları çərçivəsində "Qəbələ" doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: ““Qəbələ”nin iki hücumçu ilə oynayacağını bilirdik. Ramiz müəllim hücuma meyilli futbola üstünlük verir. Oyunun gərgin məcrada keçəcəyini gözləyirdik, belə də oldu. Nəticəni oyuna görə ədalətli hesab edirəm. Ramiz müəllimi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram”.
Ramiz Məmmədov. “Qəbələ” klubunun baş məşqçisi: “Komandada ruh düşkünlüyü var idi. Əsas heyətin bir neçə futbolçusundan yararlana bilmədim. İkinci hissədə bir sıra gənc oyunçuya şans verdim. Onlar da etimadımı doğrultdular. AZAL-ın ikinci yerdə olması təsadüfü deyil. Çox güclü komandadır. 100 faizlik qol imkanlarımız olsa da, istifadə edə bilmədik. İmkanlardan yararlansaydıq, qalib gələ bilərdik”.
|