Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sileks”i (Şimali Makedoniya) qəbul edən “Qarabağ” 4-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Covid-19 pandemiyasına görə bir oyundan ibarət mərhələdə ağdamlıların qollarını Xayme Romero, Donald Qerye (2) və Mahir Emreli vurdular. Qeyd edək ki, “Qarabağ”ın II təsnifat mərhələsində rəqibi “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.