İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra Avropa Liqasında çıxış edən klublarımızın rəqibləri müəyyənləşdi. “Neftçi” Şimali Makedoniya təmsilçisi “Şkupi”, “Keşlə” “Laçi” (Albaniya), “Sumqayıt” isə “Şkendiya”ya (Şimali Makedoniya) rəqib oldu. 27 avqustda keçiriləcək I təsnifat mərhələsinin cütlərinin qalibi tək oyunda müəyyənləşəcək. Qeyd edək ki, bütün komandalarımız rəqiblərini öz meydanlarında qəbul edəcək.
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atıldı. Beləliklə, “Qarabağ” “Sileks”i (Şimali Makedoniya) keçəcəyi təqdirdə Bakıda “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
|