Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək. Saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq. İştirak etmək istəyən KİV nümayəndələrinin Peşəkar Futbol Liqasının akkreditasiya vəsiqələrini gətirməsi vacibdir. Akkreditasiya vəsiqələri olmayan mətbuat əməkdaşları tədbirə buraxılmayacaq. Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
|