08.08.2020
   |    aze    |    rus    |    eng    
Slide 1

KİV nümayəndələrinin nəzərinə

Slide 1

Transfer dövrlərinin tarixi müəyyənləşdi

Slide 1

Peşəkar Futbol Liqasının məlumatı

Slide 1

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi

Slide 1

I Divizionun medalçıları mükafatlandırıldı

Slide 1

Premyer Liqanın gümüş və bürünc medalları təqdim olundu

Slide 1

16 il penta-triksiz: Hüseynovdan Kərimova qədər

   PFL daha bir videokonfransda iştirak etdi      2020-04-25

24 aprel tarixində EPFL (Avropa Peşəkar Futbol Liqaları) üzv liqaların nümayəndələrinin  növbəti videokonfransı baş tutdu. Görüşdə Azərbaycan Peşəkar Futbol Liqasının da nümayəndəsi iştirak etdi. Görüşdə əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi oldu. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat verdilər. Konfransa sədrlik edən qurumun prezidenti cənab Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirdi ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə  ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İK-nin verdiyi qərara əsasən tələb olunan tarixdir. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:

1)    Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;

2)    Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.

Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.

UEFA nəzdində fəaliyyət göstərən 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda işçi qrupun 2 mümkün ssenari üzərində çalışdığı və çempionatları tamamlamaq üçün tarixin ən geci iyul ayının sonu, yaxud avqust ayının əvvəli nəzərdə tutulduğu bildirilmişdir. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyətindədir. Ancaq bu, hər bir halda son variant deyil və işçi qrup may ayının ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.

   Turnir cədvəli
1 Qarabağ 20 45
2 Neftçi 20 37
3 Keşlə 20 30
4 Sumqayıt 20 23
5 Zirə 20 23
6 Sabah 20 21
7 Səbail 20 20
8 Qəbələ 20 19
Ətraflı
1 Turan Tovuz 17 37
2 Səbail-2 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
Ətraflı
Xəbər arxivi
« Avqust 2020 »
1 2 3 4 5 6 7
2728293031 01 02
03 04 05 06 0708 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31010203040506
Press reliz
01.06.2020
"COVID-19" pandemiyasına görə dayandırılmış Premyer Liqa və Azərbaycan Kuboku yarışlarının qalan hissəsinin yeni təqvimi
02.09.2019
Azərbaycan Premyer Liqası, 2019/2020-ci illər mövsümünün təqvimi
21.08.2019
I Divizion, 2019/2020-ci illər mövsümünün təqvimi
16.08.2018
I Divizion, 2018/2019-cu illər mövsümünün təqvimi
31.07.2018
2018/2019-cu illər futbol mövsümünün təqvimi
28.09.2017
I Divizion, 2017/2018-ci illər mövsümünün təqvimi
Sorğu
Premyer Liqada favoritiniz hansıdır?
Sabah
Səbail
Sumqayıt
Zirə
Keşlə
Neftçi
Qarabağ
Qəbələ
> Nizamnamə
Struktur
> Xəbərlər
> Premyer Liqa
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: