Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yeni e-futbol liqası keçirəcək. Turnirdə Peşəkar Futbol Liqasının təşkil etdiyi Premyer Liqa və I Divizion klublarının komandaları da iştirak edəcək.
Turnirə qeydiyyat 25 apreldən 15 mayadək nəzərdə tutulub. Kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi təyin etmək üçün 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqqında ətraflı məlumatı www.eml.az saytından əldə edə bilərsiniz
Qeyd edək ki, yarışın rəsmi yayım tərəfdaşı “CBC Sport” kanalıdır.
|