20.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Turan Tovuz" 1-4 "Sumqayıt" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Sumqayıt" canlı yayım

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

Misli Premyer Liqası: XXXI turun təyinatları

Slide 1

"Difai Ağsu" 2-2 "İmişli" - Videoicmal

Slide 1

"Dinamo" 0-4 "Qusar - Videoicmal

Slide 1

"Karvan" 0-1 "Qaradağ Lökbatan" - Videoicmal

   Peşəkar Futbol Liqası video konfransda iştirak etdi      2020-04-04

Dünyanın bütün sahələrinə, o cümlədən futbola ciddi təsir göstərmiş Covid-19 virusunun meydana gətirdiyi problemlərdən minimum ziyanla çıxmaq üçün UEFA və FİFA səviyyəsində bir sıra video konfranslar keçirilir, müzakirələr aparılır. Belə konfranslardan biri 3 aprel tarixində Avropa Peşəkar Futbol Liqalarına üzv liqalar arasında baş tutdu. Qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti cənab Lars Krister Olsenin başçılığı ilə reallaşdı. Təşkilatın aktiv üzvlərindən biri kimi Azərbaycan Peşəkar Futbol Liqası da video konfransda nümayəndə ilə təmsil olundu və öz təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırdı.

Konfransda UEFA, EPFL (Avropa Peşəkar Futbol Liqaları) və AKA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzasıyla üzv ölkələrə 2 aprel tarixində ünvanladığı məktubda qeyd olunan məsələlər əsas müzakirə mövzusu oldu. Məktubda yerli çempionatların vaxtından öncə, reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa vurulmasının düzgün olmadığı bildirilirdi. Konfransda iştirak edən Belçika Pro Liqa təmsilçisi onların 2 apreldə çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verdi.

Bu və digər məqamlardan irəli gələn məsələlərlə bağlı aşağıdakı məqamlar məsləhət görüldü:

- EPFL öz üzvlərini hər şey məlum olmadan 2019/20 sezonunun başa çatması və 2020/21 sezonunun başlaması ilə bağlı qərar verməkdə tələsməməyə çağırır;

- Yarışların ədalətli davamlılığını fərdi maraqlara qarşı qorumaq hər bir liqanın məsuliyyətidir;

- Bütövlüyü qorumaq üçün hər bir liqanın atdıqları bütün addımları EPFL ilə koordinasiya etməsi vacibdir;

- Əgər həmin ölkədə icazə verilir və razılaşdırılıbsa, yerli çempionatlar mümkün qədər tez davam etməyə başlaya bilər. Bu, təbii ki, rəsmilərin icazəsi və yarışların keçirilməsi zamanı iştirakçı olan hər bir kəs üçün tamamilə təhlükəsiz şərait olduqda baş verəcək;

- Yerli çempionatlar 2020/21 UEFA yarışları üçün seçmə mərhələlər başlamadan tamamlanmalıdır;

- Yerli çempionatların 2020/21 sezonunun sentyabrın ortasından gec və UEFA yarışlarının oktyabrın ortasından sonra başlaması real görünmür.

Əlavə olaraq bildirmək istərdik ki, EPFL üzvləri UEFA nəzdində yaradılan 2 işçi qrupda iştirak edərək üzv ölkələrin maraqlarını müdafiə edir. 1-ci işçi qrup dayandırılan yerli çempionatların və UEFA səviyyəli yarışların davam etdirilməsi üçün yekun optimal oyun cədvəli variantını may ayının ortasına kimi hazırlayıb təqdim edəcək. Ancaq bu, epidemiyanın indiki vəziyyətinə görə nəzərdə tutulan tarixdir və işçi qrup gedişatın hər hansı formada dəyişə biləcəyini də nəzərə alaraq son tarix kimi may ayının ortasına kimi işini davam etdirəcəkdir. Bu səbəbdən federasiyalar, assosiasiyalar və liqalara tələsik qərar verməmələri, çempionatlarını başa vurmaları üçün hazırda yetərincə zaman olduğu bildirildi.

Azərbaycan Peşəkar Futbol Liqası isə öz növbəsində liqaların davam etdirilməsinin elə ilk gündən tərafdarı olduğunu vurğulayıb. Bildirilib ki, hazırda ölkəmizdə bütün idman qurğuları bağlıdır. İdman ictimaiyyəti dövlətin virusa qarşı apardığı mübarizənin tərkib hissəsidir. Əlavə olunub ki, ölkədəki vəziyyətdən və dövlət səviyyəsində verilən qərarlardan asılı olaraq çempionat bərpası ən tez mümkün tarixə qədər saxlanılıb. Klubların durumu, maraqları, fikirləri bizim üçün çox önəmlidir və onlarla məsləhətləşmələr aparıldıqdan sonra qərar verəcəyimizi diqqətə çatdırdıq.

   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Sumqayıt 31 47
3 Neftçi 30 47
4 Zirə 30 46
5 Sabah 30 43
6 Turan Tovuz 31 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 1920 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: