İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XX turunun “Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;
Premyer Liqanın XX turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;
“Zirə” klubunun qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” klubu 800 manat cərimələnir;
Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə “Səbail” klubu 800 manat cərimələnir;
Premyer Liqanın XX turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;
I Divizionun XVIII turunun “Sumqayıt-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;
Qarşılaşmanın 77-ci dəqiqəsində “Keşlə-2” komandasının 44 nömrəli futbolçusu Sərcan Omarov kobud oyuna görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, klub 160 manat cərimələnir;
I Divizionun XVIII turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;
“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir; Topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəldiyinə görə “Sabah-2” komandası 80 manat cərimələnir;
I Divizionun XVIII turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Qarabağ-2” komandası 80 manat cərimələnir;
I Divizionun XVIII turunun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;
Tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimələnir;
Hakimlər komitəsinin müraciətinə əsasən İntizam Komitəsi “Zaqatala” – “Səbail-2” oyununun video görüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqə ləğv olunub, “Zaqatala” komandasının 7 nömrəli oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib.
Yuxarıda göstərilənləri nəzərə alaraq “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Elşad Əliyev 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.
|