İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XIX turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIX turunun “Zirə” – “Qəbələ” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIX turunun “Sumqayıt” – “Keşlə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XVII turunun “Səbail-2” – “Qarabağ-2” oyununda topdaşıyanların sayı əsasnamədə göstəriləndən az olduğu üçün “Səbail-2” klubu 80 manat cərimə olunur;
I Divizionun XVII turunun MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
I Divizionun XVII turunun MOİK – “Sumqayıt-2” oyununda matç bitdikdən sonra oyunun video yazısı hakim-inspektora təqdim edilmədiyi üçün MOİK klubu 80 manat cərimələnir;
I Divizionun XVII turunun MOİK – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandası soyunub-geyinmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən “Sumqayıt-2” klubu 240 manat cərimə olunur.
|