İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XVIII turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah” klubunun 20 nömrəli futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;
Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunur;
Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ” klubunun 11 nömrəli futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” klubu 400 manat cərimə olunur;
Premyer Liqanın XVIII turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qəbələ” klubu 400 manat cərimə olunur;
I Divizionun XVI turunun “Turan Tovuz ” – “Neftçi-2” oyununda “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Veysəl Rzayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Meydan sulanmadığına görə “Turan Tovuz” 80 manat cərimə olunur; Oyunöncəsi iclasda təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Turan Tovuz” 40 manat cərimə olunur;
“Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
I Divizionun XVI turunun “Qarabağ-2” – “Zirə-2” oyununda “Qarabağ-2” klubunun 31 nömrəli futbolçusu İzzət Müştaqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Qarabağ-2” klubunun 88 nömrəli futbolçusu Şirxan Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
“Zirə-2” klubunun 79 nömrəli futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I Divizionun XVI turunun “Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Sabah-2” klubu 40 manat cərimə olunur;
“Səbail-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
|