U-17 qızlar arasında Dünya Çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən:
1. Topaz Premyer Liqasının VII turunun "Qarabağ" - "Simurq" qarşılaşması sentyabrın 29-da Zaqatala şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Simurq" - "Qarabağ", ikinci dövrənin oyunu isə "Qarabağ" - "Simurq" kimi qeydə alınır.
2. Topaz Premyer Liqasının VII turunun "Xəzər Lənkəran" - "Turan" oyunu sentyabrın 29-da Tovuz şəhərində keçiriləcək. İlk dövrənin oyunu "Turan" - "Xəzər Lənkəran", ikinci dövrənin oyunu "Xəzər Lənkəran" - "Turan" kimi qeydə alınır.
3. Topaz Premyer Liqasının VII turunun "İnter" - "Neftçi" qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
4. Topaz Premyer Liqasının VII turunun "Rəvan" - "Kəpəz" oyunu 29 sentyabr tarixindən 30 sentyabr tarixinə keçirilir. Bu səbəbdən Topaz Premyer Liqasının VIII turun "Kəpəz" - "Qarabağ" oyunu 3 oktyabr tarixindən 4 oktyabr tarixinə keçirilir.
|