Son 2 mövsümün Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının cari mövsümündə ilk 4 qarşılaşmada 5 qol buraxıb. Bunadək “Qarabağ” və “Xəzər Lənkəran” klublarının hərəsindən 1 qol buraxan bakılılar “Sumqayıt”a 2:3 hesabı ilə uduzub. Bununla da çempionun startdakı 4 matçda buraxdığı topların sayı 5-ə çatıb. Bu isə “Neftçi”nin tarixində ən pis göstəricidir. “Ağ-qaralar” 1993 və 2006/07 mövsümlərində də ilk 4 qarşılaşmada 5 dəfə qola məyus olmuşdu.
Startdakı 4 oyunda 2 məğlubiyyət alan “Neftçi” ölkə çempionatları tarixində 5-ci dəfə mövsümə belə başlayıb. Paytaxt təmsilçisi 1998/99, 2006/07, 2008/09 və çempion olduğu ötən - 2011/12 mövsümündə də ilk 4 oyundan 2-də xalsız qalmışdı.
|