Başa çatmaqda olan 2019-cu ildə Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub. Premyer Liqada 2019-cu ilin ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox – 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun yetirmələri digərlərindən daha çox – 67 xal toplayıb. İkinci göstəriciyə malik “Neftçi” 17 xal az yığıb. 3-cü nəticə isə “Zirə”yə məxsusdur. 2019-cu ildə “Qarabağ” ən çox, “Sabah” ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, “Səbail” qapısında daha çox qol görüb. Ümumiyyətlə, il ərzində yalnız iki komanda - “Qarabağ”la “Neftçi” top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.
1.
|
Qarabağ
|
28
|
20
|
7
|
1
|
57 - 14
|
67
|
2.
|
Neftçi
|
28
|
14
|
8
|
6
|
48 - 27
|
50
|
3.
|
Zirə
|
28
|
10
|
8
|
10
|
36 - 37
|
38
|
4.
|
Keşlə
|
28
|
9
|
7
|
12
|
31 - 34
|
34
|
5.
|
Qəbələ
|
28
|
8
|
8
|
12
|
28 - 39
|
32
|
6.
|
Sumqayıt
|
28
|
9
|
5
|
14
|
29 - 42
|
32
|
7.
|
Səbail
|
28
|
9
|
5
|
14
|
28 - 47
|
32
|
8.
|
Sabah
|
28
|
5
|
8
|
15
|
22 - 39
|
23
|
|