Topaz Premyer Liqasının VI turunda "Simurq" doğma azarkeşləri önündə "Kəpəz"i 2:1 hesabıyla məğlub edib.
Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə çatması ədalətli nəticə olardı. Əsasən gənc futbolçularla meydana çıxmışdıq. "Simurq"a gələcək oyunlarda uğurlar arzu edirəm".
Georgi Çıxradze, "Simurq" klubunun baş məşqçisi: "Mahmud Qurbanov "Kəpəz"in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. "Xəzər Lənkəran" ilə keçən gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu. Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".
|