Topaz Premyer Liqasının VI turunda “Rəvan” səfərdə “Qəbələ”nni məğlub etdi – 3:1. Qeyd edək ki, bu nəticə “Rəvan” üçün mövsümün ilk qələbəsi, “Qəbələ” üçün isə ilk ev məğlubiyyəti oldu. Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Bu gün “Qəbələ” ilə oyunda xal qazanmaq istəyirdik. Gözəl oyun nümayiş etdirdik, komandamız qalib gəldi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm”. Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Çox pis oynadıq. İlk hissədə yaxşı oyun göstərə bilmədik. İstədiyimiz qol epizodlarını yarada bilmədik. İkinci hissədə qalib gəlməyi daha çox istəyirdik, lakin əks-hücumdan qapımızda qol gördük. Oyunun son dəqiqələrində isə qapımızdan daha bir qol buraxdıq və məğlub olduq. Rəqibi qələbə ilə təbrik edirəm”.
|