İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XIII turunun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIII turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIII turunun “Səbail” – “Neftçi” matçında “Səbail” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu ilə “Neftçi” klubunun meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir;
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimə olunur;
“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır;
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur;
I divizionun XII turunun “Qaradağ Lökbatan” – “MOİK” matçında“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur;
I divizionun XII turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
I divizionun XII turunun “Səbail” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunun 38-ci dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I divizionun XII turunun “Neftçi-2” – “Kəpəz” matçının 32-ci dəqiqəsində “Neftçi-2” klubunun 65 №-li futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Oyunun 33-cü dəqiqəsində “Neftçi-2” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir;
I divizionun XII turunun “Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.
|